30 noyabr saat 19:00-da, Park Cinema Flame Towers kinoteatrında “Kardeşim Benim 2” filminin möhtəşəm qala gecəsi baş tutacaq.

Qala gecədə Türkiyənin tanınmış aktyorları Burak Özçevit və xanımı Fəxriyyə Özçevit iştirak edəcəklər. Filmin premyerası AZERCELL IMAX zalı, həmçinin «Park Cinema» Flame Towers kinoteatrının digər zallarında da nümayiş olunacaq. Gecənin qonaqlarını seans öncəsi cocktail-party və aktyorlar Burak Özçevit və Fəxriyyə Özçevitlə birgə film izləmək imkanı gözləyir. Xatırladım ki, sözügedən film 2016-cı ilin ən çox izlənilən filmləri siyahısında yer almış “Kardeşim Benim” filminin davamıdır.

Biletlər artıq Satışda !
burak
  • 00
  • :
  • 00
  • :
  • 00
  • :
  • 00
  • Gün
  • Saat
  • Dəqiqə
  • Saniyə
poster

Ən çox izlənilən filmlər siyasına daxil olmuş “Kardeşim benim” filminin davamı. Filmin premyerasından sonrakı ilk həftədə filmi iki milyondan çox tamaşaçı izləmişdir. İkinci hissədə də qardaşların sərgüzəştləri davam edir, lakin sonda onla yenə bir araya gəlir.

Tanınmış Hakan və Ozan qardaşları dostları Tatonu son mənzilə yola salmaq üçün Egey regionuna yollanırlar. İki gün sonra Hakanın toyudur, lakin onlar kəndə yasa gəlirlər. Hakan ən böyük çay ticarətçisi olan Müzəffərin qızı Didem ilə əvlənir. Müzəffər isə Hakanın məşhur ifaçısı olduğuna görə bu evliliyə qarşıdır. O, bir tərəfdən Didemi “sıxışdırır”, digər tərəfdən isə toyu ləğv etməyə bəhanə tapmaq üçün Hakanı güdür.

Qardaşların həyatı isə məcaralarsız ötüşmür, onlar hətta yasda belə başlarına iş açmağı bacarırlar. Ozan Leyla adlı qıza evdən qaçmağa kömək edir. Necəsə onlar qardaşları və adaxlısından qaçan Leyla və hər kəsin ölmüş hesab etdiyi Tato ilə Qaradəniz sərhədinə gəlib çıxırlar. Onlar iki gün ərzində bütün problemləri həll edib Hakanın toyuna yetişməlidirlər.

girl